Gəncədə bir neçə tibb işçisi təltif olunub. Bu haqda 17 iyun tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Burada Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, onun müavinləri, şöbə müdirləri, digər əməkdaşlar və tabeli tibb müəssisələrinin bir sıra nümayəndələri iştirak ediblər.
İsmayılov tibb işçilərini təbrik edib, onlara məsuliyyətli və şərəfli peşədə uğurlar arzulayıb. O, səhiyyə ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinin, peşəkar kadrların cəlb edilməsinin tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açdığını vurğulayıb.
Tədbirin sonunda bir neçə əməkdaş əhalinin sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilib.