Gəncə boks məktəbinin yaradıcılarından olan Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib. Bu haqda Report.az-a istinadən məlumat veririk.
Boks üzrə Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası bir müddət koronavirusdan müalicə olunub. Mahir Hüseynov tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, onun tələbələri dünya, Avropa və Azərbaycan çempionu adlarını qazanıb.