Gəncənin basketbol klubu növbəti oyuna hazırlaşır. Bu haqda 16 yanvar tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə BK” Bakının “Sərhədçi PİK” komandasına qarşı oynayacaq. Matç 22 yanvar tarixində saat 17:30-da “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.
Oyun Azərbaycan Basketbol Liqasının XIV turu çərçivəsində keçiriləcək. Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.