Gəncə təmsilçisinin doğma meydanda oyun keçirməsi ilə bağlı açıqlama verilib. Bu haqda 27 yanvar tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Hazırlığı doğma şəhərdə keçən “Gəncə BK” dekabrın əvvəlindən başlayaraq son 5 görüşdə ard-arda məğlub olaraq azarkeşlərini məyus edib. Litvalı baş məşqçi Melyunas Yediminas bunun basketbolçuların yorğunluğu ilə bağlı olduğunu deyib. O əlavə edib ki, dörd legioner komandadan ayrılıb.
Bildirilib ki, klubun ev oyunlarını doğma meydanda keçirməsi üçün bütün problemlər aradan qaldırılıb. Təmsilçimizin tezliklə rəqiblərini şəhərimizdə qəbul edəcəyi qeyd olunub. Komanda növbəti qarşılaşmada “Olimpik Şəki” ilə qarşılaşacaq. Ehtimal olunur ki, həmin görüşdə klub rəqibi ilə Gəncədə üz-üzə gələcək.