Gəncənin basketbol klubu bu gün növbəti oyununa çıxacaq. Bu haqda 14 fevral tarixində kluba istinadən məlumat veririk.
“Gəncə” BK “Olimpik Şəki”yə qarşı oynayacaq. Matç bu gün, 14 fevral saat 19:15-də Sərhədçi İdman Mərkəzində baş tutacaq. Oyun Azərbaycan Basketbol Liqasının XV turu çərçivəsində təşkil olunur.
Matçı Basketbol Federasiyasının Youtube kanalının canlı yayımında izləmək mümkün olacaq.