Gəncənin basketbol təmsilçisi komanda rəhbəri ilə yollarını ayırıb.
“Gəncə” basketbol klubunun məlumatına əsasən, baş məşqçi Bedri Meriç istefaya göndərilib. Onunla başa çatan müqavilə müddəti yenilənməyib.
Bununla bağlı paylaşım edən klub, mütəxəssisə xidmətlərinə görə təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, türkiyəli baş məşqçi ötən ildən “Gəncə” BK-da çalışırdı.