Azərbaycan Dövlət Aqrar Universitetində əcnəbi tələbələrin qəbuluna başlanılıb. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.
Tələbələrin qəbulu ird@adau.edu.az ünvanı vasitəsilə həyata keçiriləcək. Tələbə olmaq istəyənlər qeyd olunan elektron poçt ünvanına müraciət edərək, ətraflı məlumat əldə edə biləcəklər.
Qeyd edək ki, qəbul mart ayının sonunadək həyata keçirilir.