Minifutbol üzrə Gəncə şəhər çempionatı keçirilib. Bu haqda 29 may tarixində Kəpəz televiziyasına istinadən xəbər veririk.
Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə məktəblərin fiziki tərbiyə müəllimləri arasında futbol yarışı baş tutub. Burada 4 komanda – “Kəpəz”, “Nizami”, “Yüksəliş” və “Zirvə” komandaları mübarizə aparıb.
Birinciliyin finalında “Nizami” kollektivi “Yüksəliş”ə qalib gələrək çempion adını qazanıb. “Zirvə” isə 3-cü yeri tutub. Qalib və mükafatçılar diplom və kuboklarla təltif ediliblər.