Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Fəvvarələrə nəzarət və qulluq şöbəsi tərəfindən şəhərin müxtəlif ərazilərində yerləşən fəvvarələrə mövsümü qulluq göstərilir.
Gencexeber.az MKTİB-yə istinadən məlumat verir ki, qurumun şöbəsinin əməkdaşları tərəfindən Gəncə Dövlət Filarmoniyasının qarşısında, Bayraq meydanında və Xan bağında yerləşən fəvvarələrin daxili hissələri çirkab və mamırdan yuyularaq təmizlənib, qurğulara texniki və sanitar qulluq göstərilib, motorxanaları sazlanıb.
Qeyd edək ki, yaz və yay ayları boyu fəvvarələr gün ərzində işləməklə park və xiyabanlara istirahətə gələn insanların rahatlığına xidmət edib. Hər il oktyabr ayının 15 isə fəvvarələr mövsümü bağlanır və bu tarixə kimi şəhər fəvvarələrinin hamısının təmizlənmə prosesi sona çatdırılmalıdır.