Gəncədə fərdi yaşayış evi satışa qoyulacaq. Bu haqda 4 may tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
6 iyun tarixində saat 15:00-da müsabiqə təşkil olunacaq. Kəpəz Bələdiyyəsi sahəsi 407 kvadratmetr olan fərdi yaşayış evini satışa çıxaracaq.
Ərizələr 6 may - 4 iyun tarixlərində qəbul ediləcək. Müsabiqə ilə bağlı əlavə məlumat üçün (022) 256 87 57 nömrəsi ilə əlaqə saxlamaq olar.