top
Ermənini dizüstə qoyan gəncəli Hüseynlə – MÜSAHİBƏ
31 avqust 2024, 17:44
- ↺ +

Ermənini dizüstə qoyan gəncəli Hüseynlə – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

“Yarımfinalda Avropa mükafatçısı olan erməni rəqibimlə qarşılaşdım və mən bu görüşdən rahat qalib gələrək ayrıldım” .

Bu sözləri sərbəst güləş üzrə Avropa və Dünya çempionatlarının medalçısı, gəncəli yeniyetmə Hüseyn İsmayılov Gencexeber.az-a müsahibəsi zamanı deyib.

Hüseynin 16 yaşı var və Gəncədə anadan olub. Uşaq yaşlarından idmanla məşğul olan müsahibimiz yeniyetmələr arasında daim seçilib. O, bu il keçirilən Avropa çempionatının gümüş medalçısıdır. Bundan başqa

İordaniyanın paytaxtı Amman şəhərində 17 yaşadək güləşçilər arasına təşkil edilən Dünya çempionatından da əliboş qayıtmayıb. Eyni uğur həmin yarışda da təkrarlanıb və o, ölkəmizə ikinci gümüş medalı gətirib.

Hüseyn İsmayılovla həmin müsahibəni təqdim edirik:


  • İlk olaraq sizi tanıyaq?


Mən, Hüseyn İsmayılov 2008-ci ildə Gəncə şəhərində anadan olmuşam. Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm.

  • Güləşə neçə yaşdan başlamısınız və niyə məhz güləş? 


Güləşə uşaq yaşlarından başlamışam, elə uşaq yaşlarından da güləşə marağım var idi. Həmçinin ailəmin də güləşə sevgisi var idi. Ən böyük səbəblərdən biri də o idi ki, güləş Azərbaycanın milli idman növlərindən biridir. Məhz buna görə də güləşi seçdim.

  • Karyeranız təhsilinizə mane olurmu?


İdmanla təhsil paralel şəkildə davam etsə daha gözəl olar. Mən də çalışıram ki, idmana ayırdığım vaxt qədər təhsilimə də vaxt ayırım. Çünki mənim üçün idman vacib olduğu qədər təhsil də vacibdir.

  • Həmyaşıdlarınız arasında Avropa və Dünya çempionatlarının medalçısı kimi fərqlənmək necə hissdir?


Bu hisslər sözlə ifadə olunacaq bir hisslər deyil, amma onu da deyə bilərəm ki, Azərbaycan bayrağını dünyada dalğalandırmaq elə özü də fərqlənməkdir.

  • Uğura gedən yolda nələri qurban verdiniz, hansı çətinliklərdən keçdiniz?


Ailə və mənəvi dəyərlərdən başqa uğura gedən yolda bir idmançı çox şey qurban verə bilir.

  • Yarışlara hazırlıq zamanı daha çox nələrə diqqət edirdiniz?


Professional idmançı olmaq üçün qidalanmaya, yuxu rejiminə və həyat tərzinə fikir verməlisən. Çünki, professional idmançının həyat tərzi normal insandan seçilməlidir.

  • Bu turnirlərdə ən çətin rəqibləriniz kimlər olub? Yarışda erməni güləşçi ilə qarşılaşmısınızmı?


Təbii ki, Dünya çempionatında asan rəqib olmur. Onu da qeyd edim ki, ¼-dəki rəqibim dünya çempionu idi. Buna görə görüş biraz ağır keçdi. Ondan sonra isə yarım final mərhələsində erməni rəqibimlə qarşılaşdım. O, Avropa mükafatçısı idi. Buna baxmayaraq, mən bu görüşdən rahat qalib gələrək ayrıldım.

  • Gələcək üçün qarşınıza hansı məqsədlər qoymusunuz?


İndiki məqsədim bu il Avropa və Dünya çempionatlarında qazandığım gümüşü qızıl etməkdir. Amma ən əsas məqsədim Olimpiada kürsüsünün ən yüksək pilləsinə qalxmaqdır.

  • Yerli yoxsa, beynəlxalq çempionatlarda daha çətin mübarizələr aparmısınız?


Dünya yarışlarını və arenasını görmək üçün, ölkədaxili çətinliklərin öhdəsindən gəlməlisən və mən də bunun öhdəsinən gəldim, dünya arenasının, yarışların çətinliklərini gördüm. Onu anladım ki, hər yarışın özünün çətinlikləri var.

  • Uğurlarınızda ən böyük dəstəkçiniz kimlər olub?


Başda atam və ailəm olmaqla, şəxsi məşqçim Səbuhi Məmmədov və ətrafımda olan insanların hər biri mənə dəstək olub.

  • Bu yarışlardan sonra zəif və güclü tərəflərinizi aşkar edə bildinizmi?


Güclü cəhətim odur ki, zəif tərəflərimi görürəm və bunları düzəldirəm. Bu yarışlarda da zəif cəhətlərimi gördüm və bunları inşallah düzəldəcəm. Ümid edirəm ki, bundan sonra bu zəif cəhətlərim olmayacaq.

  • Dünya çempionatından sonra Gəncədə sizi necə qarşıladılar? 


Yarışlarda Vətənə qayıdarkən Federasiya rəhbərliyinin, Gəncə idman rəhbərliyinin bizi qarşılaması, görüşməsi, xalqımızın bizə etimadı gələcək yarışlarda daha yaxşı nəticələr verməyə həvəs və gücdür.

  • Böyük yarışlar öncəsi təzyiq və gözləntilərin öhdəsindən gəlmək çətin deyil?


Mənə qarşı olan gözləntilər məni daha məsuliyyətli edir. Çətin olsa da bu məsuliyyətin öhdəsindən gəlməyə çalışıram. İnanıram ki, gəlirəm.

  • Nəticələriniz qarşınıza qoyduğunuz məqsədlərlə üst-üstə düşürmü?


Qazandığım uğurlar, nəticələr gözəl olsa da məqsədim Avropa, Dünya və Olimpiya birincisi olmaqdır.

  • Güləşə yeni başlayan idmançılara nə məsləhət görərdiniz?


İdmana yeni başlayanlara onu deyə bilərəm ki, seçimlərində qərarlı olsunlar, məqsədləri olsun, məşqçilərə və böyüklərə qulaq assınlar ki, gələcəkdə böyük uğurlar əldə etsinlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Bu gün, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Bu gün, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Bu gün, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Bu gün, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Bu gün, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Bu gün, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
Dünən, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Dünən, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Dünən, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Dünən, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
06 oktyabr 2026, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Oxşar xəbərlər