Gəncəli məşqçi-müəllimə mükafat verilib. Bu haqda 31 may tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Söhbət boks idman növü üzrə Əməkdar məşqçi-müəllim Albert Şərafəddin oğlu Qəribovdan gedir. Müəllim "1 ulduz Beynəlxalq məşqçilik kursu"nda uğurlu nəticə göstərərək 1 ulduz kateqoriyalı Beynəlxalq məşqçilik dərəcəsini alıb.
Qeyd edək ki, kurs Boks Federasiyasının və “Baku Business Factory”nin birgə təşkilatçılığı ilə keçirilib.