Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib.
Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə rayon başçısı Orxan Abbasov fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib. Müraciətlər əsasən işlə təmin olunma və digər sosialyönümlü məsələlərlə bağlı olub. Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah edilib, bir sıra məsələlərin həllinə dair tapşırıqlar verilib. Digər mövzularla bağlı isə vətəndaşlara aidiyyəti qurumlara müraciət etmələri tövsiyə edilib.
Toplantıda İcra Hakimiyyəti başçısı müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub. Tədbir zamanı 25 vətəndaş qəbul edilib.