Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov dekabrın 17-də Samux rayon Çobanabdallı kənd tam orta məktəbdə vətəndaş qəbulu keçirəcək.
Gencexeber.az bildirir ki, bu barədə idarə məlumat yayıb.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd olunub ki, vətəndaş qəbulunda yalnız əvvəlcədən onlayn qaydada qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.