Gəncədə növbəti qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda 25 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyi Cavadxan qəsəbəsində əməliyyat keçirib. Burada qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və İcra Hakimiyyətinin numayəndələri tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.