top
Bu gün ulu öndər Heydər Əliyevin 101 illiyidir
10 may 2024, 00:07
- ↺ +

Bu gün ulu öndər Heydər Əliyevin 101 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. Daha sonra indiki ADNSU-nun memarlıq fakültəsinə daxil olub. Ancaq İkinci Dünya müharibəsinin başlanması nəticəsində Heydər Əliyev sözügedən ali məktəbdə təhsilini başa vurmayıb. O, 1957-ci ildə indiki BDU-nun tarix fakültəsini bitirib.

Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olandan sonra onun təşəbbüsü ilə Gəncənin sosial-iqtisadi inkişafına başlanılıb.

Heydər Əliyev 1970-ci ilin aprel ayında Gəncəyə ilk işgüzar səfərini etmişdir. 1977-ci ilin noyabrında Heydər Əliyev yenidən Gəncəyə gəlir. Bu səfərlərin nəticəsi olaraq sənaye obyektləri tikilmiş, körpülər, bağlar, parklar salınmış, elm, təhsil ocaqları istifadəyə verilmişdir.

1980-ci ilin iyul ayında Heydər Əliyev Gəncə hava limanının yeni uçuş xətlərinin açılışında iştirak edib. Dekabr ayında isə şəhərin sənaye müəssisələrinə baş çəkib. Bu, onun Gəncəyə birinci katib olaraq etdiyi son səfər olur.

Çini qablar zavodunun, qənnadı fabrikinin, taxıl məhsulları, xalça, ət və süd kombinatlarının inşası da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin Yeni Gəncə və Gülüstan yaşayış sahələri, avtomobilçilər qəsəbələrinin salınmasında onun əməyi olub.

Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Prezidenti seçildikdən sonra ilk işgüzar səfərini Gəncəyə edib. Daha sonra ulu öndər buraya 7 oktyabr 1998-ci ildə səfər edib və Gəncə qarnizonunun əsgər və zabitlərilə görüşüb. Həmçinin şəhər və ətraf rayonların seçicilərilə görüş keçirib.

23-24 may 2000-ci ildə baş tutan səfərdə Heydər Əliyev şəhərdə təbii qazın, su və elektrik enerjisinin təchizatında olan qüsurları aradan qaldırmaq üçün bir sıra tapşırıqlar verib.

12-13 sentyabr 2002-ci ildə Heydər Əliyev Gəncə Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. O, şəhərdə müşavirə keçirib və Gəncənin sosial-iqtisadi vəziyyəti haqda danışıb. Bu, Heydər Əliyevin Gəncəyə son səfəri olub.

Heydər Əliyev 12 dekabr 2003-cü ildə xəstəlikdən ABŞ-da klinikada vəfat edib və 15 dekabr Bakıda Fəxri xiyabanda dəfn olunub.

Gəncədə Heydər Əliyevin adını daşıyan prospekt, park, Xatirə muzeyi və abidəsi mövcuddur.

Mənbələr:


  1. Azərbaycan.- 2009.- 14 iyul.- S. 3, 9.

  2. https://www.yenigence.com/ulu-ond%C9%99r-heyd%C9%99r-%C9%99liyev-v%C9%99-g%C9%99nc%C9%99-video/


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:23

34 yaşlı qadın qaynı tərəfindən amansızcasına döyülüb

Bütün xəbərlər
Bu gün, 10:34

Evə gec gəldiyinə görə döyülən qadın ərini bağışladı

Bütün xəbərlər
Bu gün, 09:33

ATU-da günəş panelli işıq dirkləri quraşdırılıb

Bütün xəbərlər
Bu gün, 09:04

Bu yolayrıcı DİQQƏTSİZLİYİ BAĞIŞLAMIR

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

20 oktyabr 2020: Vətən Müharibəsinin 24-cü günü

Bütün xəbərlər
Dünən, 16:49

Gəncədə magistral yolda işıqlandırmanın olmamasının SƏBƏBİ

Bütün xəbərlər
Dünən, 16:25

Sahibsiz itləri daşlayanlar Gəncə məktəbliləri imiş…

Bütün xəbərlər
Dünən, 16:15

Küçədə öyüş söyən idarə rəisi işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 15:43

Sabah dolu düşəcək, şimşək çaxacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:25

Gimnastlarımız beynəlxalq yarışdan 6 medalla Gəncəyə qayıdırlar

Bütün xəbərlər
Dünən, 13:39

"Kəpəz" – "Zirə" görüşünü 14 minə yaxın azarkeş İZLƏYİB

Bütün xəbərlər
Dünən, 13:20

Ərinin soyadından imtina edən qadınların sayı ARTIB

Bütün xəbərlər
Dünən, 12:34

"Kapital Bank" qapalı hərracla 50 milyon manat borca girib

Bütün xəbərlər
Dünən, 12:02

Boşanan gənc qadınların sayı kişilərdən çox olub

Bütün xəbərlər
Dünən, 11:26

Anar Bayramov nazir təyin olundu - Sərəncam

Bütün xəbərlər
Dünən, 11:25

19 yaşlı gəncəli Rusiyada qəzada öldü

Bütün xəbərlər
Dünən, 11:24

Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi

Bütün xəbərlər
Dünən, 11:22

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman

Bütün xəbərlər
Dünən, 10:08

"Kəpəz"in oyunundan sonra Gəncə stadionunun ərazisi zülmətə bürünür

Bütün xəbərlər
Dünən, 09:57

BDYPİ küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:34

Murovdağda vuruşan gəncəli şəhidin doğum günüdür

Tarix
Dünən, 00:01

19 oktyabr 2020-ci il: Vətən müharibəsinin 23-cü günü

Bütün xəbərlər
18 oktyabr 2026, 19:00

Gəncədə Şəddadilər küçəsinin sakinlərindən ŞİKAYƏT

Oxşar xəbərlər