Gəncədə yeni təyin olunmuş direktorla tanışlıq baş tutub. Bu haqda 7 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Məlumat verdiyimiz kimi, Gəncə şəhər Birləşmiş Xəstəxanasına yeni təyinat olub. Bu vəzifə İlkin İsmayılova həvalə edilib. O, ictimaiyyətə təqdim olunub.
Tədbirdə icra başçısı Niyazi Bayramov və TƏBİB-in Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin koordinatoru, həkim-cərrah İmran Qurbanov iştirak ediblər. İlkin İsmayılova işlərində müvəffəqiyyətlər arzulanıb.