Gəncədə bir sıra abidələrə status verilib. Bu haqda Gencexeber.az-a 13 fevral tarixində məlumat daxil olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi şəhər ərazisində bir sıra binalara baxış keçirib. Nəticədə Vaqif, Həsən Əliyev, Mirəli Qaşqay, İç qala küçələri, Atatürk prospekti və digər ünvanlarda yerləşən köhnə tikililərə “yerli əhəmiyyətli memarlıq abidəsi” və “ölkə əhəmiyyətli memarlıq abidəsi” statusları verilib.
Onların üzərinə rəsmi olaraq dövlət tərəfindən qorunması barədə tablolar vurulub. Tikililər, əsasən, XVII, XIX və XX əsrlərə aiddir.
[modula id="32636"]