Gəncədə bir sıra qurumlarda pozuntular aşkar edilib. Bu haqda 14 fevral tarixində Marja-ya istinadən məlumat veririk.
Dövlət Maliyyə Nəzarəti Xidməti audit keçirib. Maliyyə pozuntuları aşkar edilən qurumların adları açıqlanıb. Siyahı aşağıdakı kimidir:
- Gəncə şəhər Apellyasiya Məhkəməsi;
- Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu;
- Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi;
- Gəncə şəhər 1 nömrəli tam orta məktəb;
- Gəncə Regional Poçt filialının 12 saylı poçt şöbəsi;
- Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu.
Ümumilikdə, ölkə üzrə 123 nəfər vəzifəli şəxsə 91,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. 185 təşkilatda yoxlamalar aparılıb, 225,7 milyon manat artıq və əsassız ödənişlər aşkar edilib.