Gəncədə basketbol üzrə şəhər liqası start götürür. Bu haqda Gencexeber.az-a 23 dekabr tarixində məlumat daxil olub.
Azərbaycan Texnologiya Universiteti, Gənclər və İdman Baş idarəsi və “Telekom” basketbol idman klubunun birgə təşkilatçılığı ilə basketbol üzrə Gəncə Liqası keçiriləcək. İlk oyunlar bu gün, 23 dekabr tarixində 18:00 və 19:30-da baş tutacaq.
Turnirdə ümumilikdə 7 komanda mübarizə aparacaq.