Gəncə basketbolçuları Azərbaycan Kubokunda mübarizə aparacaqlar. Bu haqda 21 fevral tarixində Report-a istinadən məlumat veririk.
21-26 mart tarixləri aralığında “Sərhədçi” İdman Mərkəzində keçiriləcək Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb. Mərasim Basketbol federasiyasının inzibati binasında baş tutub. Kubok oyunlarında komandalar A və B qruplarında mübarizə aparacaq.
“Gəncə BK” “Sabah”, “AAAF Xırdalan”, “Sərhədçi” ilə birgə A qrupunda yer alıb.