Gəncə Basketbol Liqası başa çatıb. Bu haqda 11 iyun tarixində Kəpəz televiziyasına istinadən xəbər veririk.
Ötən ilin sonunda start götürən Basketbol Liqası yekunlaşıb. Yarışda 5 komanda iştirak edib. Burada müxtəlif idarə, müəssisə və təşkilatların komandaları qüvvələrini sınayıb.
Birinciliyin sonunda bütün rəqiblərini üstələyən “Telekom” kollektivi qalib adını qazanıb. Fəxri kürsüdə yer alan komandalar yekunda medal, diplom, 1-ci yerin sahibi isə həmçinin kubokla təltif edilib.
Qeyd edək ki, Gəncə Basketbol Liqası ikinci ildir ki, təşkil edilir.