Gəncədə bank əmlakı satışa çıxarılır. Bu haqda 19 iyul tarixində Report-a istinadən məlumat veririk.
Ləğv prosesində olan “Bank Standard”ın mülkü hərraca qoyulur. Tədbir 12 avqust tarixində keçiriləcək.
Maliyyə müəssisəsinin əmlakları arasında şəhərimizin Atatürk prospekti, 261 ünvanındakı 197 kvadratmetrlik qeyri-yaşayış sahəsi də var. Mülkün dəyəri 450 min manatdır.
Qeyd edək ki, hərrac "Bakı Hərrac Mərkəzi" MMC-də təşkil olunacaq.