Gəncədə iki nəfər polis tərəfindən saxlanılıb. Bu haqda 17 may tarixində Oxu.az-a istinadən məlumat veririk.
Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları daha bir əməliyyat keçiriblər. Nəticədə E.Əliyev və bacısı İ.Əliyeva saxlanılıblar. Onlar şəhər ərazisindəki mənzillərin birindən ümumi dəyəri 1700 manat olan dəmir qapı və digər inşaat materiallarını oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı araşdırma aparılır.