top
Azərbaycan ədəbiyyatının tədqiqində iz qoyan alim Həmid Araslının 117 illiyidir
24 fevral 2026, 13:09
- ↺ +

Azərbaycan ədəbiyyatının tədqiqində iz qoyan alim Həmid Araslının 117 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həmid Hacı Məmmədtağı oğlu Araslı 23 fevral 1909-cu ildə Gəncədə anadan olub.

Gencexeber.az məlumat verir ki, o, ilk təhsilini mədrəsədə, sonra isə Gəncədə seminariyada alıb. Araslı 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə, 1932-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub.

Həmid Araslı SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialında elmi kitabxananın şərqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaradıb və fondun direktoru vəzifəsini icra edib. Tədqiqatçı Nizami adına Ədəbiyyat və Dil İnstitutunda müxtəlif şöbələrə rəhbərlik edib.

Həmid Araslı 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilib. 1955-ci ildə professor adını alıb və sonra Azərbay­can SSR EA-nın müx­­bir və həqi­qi üzvü seçilib. Araslı Nizami Gəncəvi haqqında ilk dəfə araşdırma aparanlardan biri olub. O, "Xəmsə"də 100-ə qədər türk sözlərinin olduğunu və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu müəyyən edib, bununla Nizami Gəncəvinin türk olmasını sübut edib. Alim "Dədə Qorqud" dastanını tədqiq edib və 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirib.

Araslı eposun Azərbaycan dili qanun-qaydalarına çox uyğun olduğunu elmi əsaslarla sübut edib. Həmin dövrdə "Dədə Qorqud"a millətçilik damğası vurulur və Araslı tənqid və təqiblərə məruz qalır. Lakin o, buna etirazını bildirir, dastanla bağlı araşdırmalarını davam etdirir və sonrakı illərdə düzəlişlərlə dərc etdirir.

Həmid Araslı şair Füzuli haqqında ilk böyük tədqiqat əsərini yazıb. O, Qətran Təbrizi , Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nəsimi, Xətai kimi şairlərin yaradıcılığını ilk mənbələr əsasında araşdırıb. Araslı onların bir çoxunun əsərlərini ilk dəfə nəşr etdirib. Alim iki­cild­lik "Müx­tə­sər Azərbaycan ədə­biyyatı tarixi", üçcildlik "Azərbaycan ədəbiyyatı tari­xi" kitablarının əsas müəllif­lə­rin­dən biridir. Akademik Azərbaycan və Özbəkistanın Əməkdar elm xadimi adına layiq görülüb, Türkiyədə Türk Dil Qu­ru­munun, İraq EA-­nın və İor­da­ni­ya Kral Cəmiy­yətinin üz­vü seçilib. Həmid Araslı 1983-cü ildə Ba­kıda vəfat edib və Fəxri xiya­banda dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
Dünən, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
Dünən, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
Dünən, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
Dünən, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
Dünən, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə qanunsuz tikililər sökülüb

Bütün xəbərlər
Dünən, 10:52

Gəncəli kriminal avtoritet həbsdə öldü

Bütün xəbərlər
Dünən, 10:10

Gəncə Dövlət Filarmoniyasının qurucusunun anım günüdür

Bütün xəbərlər
Dünən, 09:40

Gəncədə güclü külək budağı avtomobillərin üzərinə aşırdı

Bütün xəbərlər
Dünən, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
24 noyabr 2026, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
24 noyabr 2026, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
24 noyabr 2026, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
24 noyabr 2026, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
24 noyabr 2026, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
24 noyabr 2026, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
24 noyabr 2026, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
24 noyabr 2026, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
24 noyabr 2026, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
24 noyabr 2026, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
24 noyabr 2026, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Oxşar xəbərlər