Gəncədə 28 yanvar tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professoru Suliddin Abbasovun işlədiyi kafedrada xatirəsi yad edilib. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.
Fəaliyyəti dövründə o, ADAU-da iki böyük eksperimental fermaya rəhbərlik edib. O, 150-dən çox elmi əsərin, 2 monoqrafiya, 2 dərslik, 6 dərs vəsaiti, 30 proqramın müəllifi olub. Suliddin Abbasovun elmi məqalələri ABŞ, Hindistan, İran, Rusiya, Qazaxıstan kimi ölkələrdə dərc edilib. Universitetin heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalının texnologiyası kafedrasında çalışıb.
ADAU-nun rektoru İbrahim Cəfərov, universitetin professoru Qəmbər Abdullayev və mərhum alimin oğlu Suliddin Abbasovla bağlı xatirələrindən danışıblar.