Gəncədə kafelərin birində monitorinq keçirilib. Bu haqda 22 fevral tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ictimai iaşə obyektlərində reydlər aparıblar. Nəticədə Sidqi Ruhulla küçəsində yerləşən "Şam Bağı" kafesində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.