Məktəblimiz Samuxda qələbə qazanıb. Bu haqda 17 fevral tarixində 32 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.
Samux rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kikboksinq idman növü üzrə turnir baş tutub. Yoldaşlıq görüşlərində Nizami yurdunun yetirməsi Oruc Əsgərov da mübarizə aparıb.
IX sinif şagirdimiz 51 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək I yerə layiq görülüb. O, diplom və medalla təltif olunub.