Azərbaycan Dövlət Aqrar Universitetində baş verən yanğının səbəbi bəlli olub. Bu haqda 16 yanvar tarixində FHN-ə istinadən xəbər veririk.
Bu gün səhər saatlarında şəhərin Ozan küçəsində yerləşən ADAU-nun yataqxanasında yanğın baş verib. Yanğın nəticəsində yataqxana binasının yeddinci mərtəbəsinin dəhlizində olan 1 ədəd divan və 1 ədəd kreslo yanıb.
İlkin ehtimala görə, yanğın tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verib.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.