Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 16 fevral tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Hadisə ilə bağlı 3-cü Polis Bölməsinə məlumat daxil olub. Bildirilib ki, 31 yaşlı Ağstafa rayon sakini Orxan Nağıyev sol qolunun kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində 39 yaşlı Gəncə şəhər sakini Səbuhi Qasımov saxlanılıb. O, cinayəti törətməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam etdirilir.