Gəncədən daha bir yardım payı göndərilib. Bu haqda 16 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Bu gün səhər saatlarında Türkiyədə zəlzələdən zərər çəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb. Yardımlar Tərtər, Mingəçevir, Cəlilabad, Şirvan, Kürdəmir və Goranboyda toplanıb. Karvan 9 TIR-dan ibarət olub.
Qeyd edək ki, Gəncədəki yardım toplama mərkəzindən bu günə qədər zəlzələ bölgəsinə ümumilikdə 45 TIR humanitar yardım göndərilib. Yardımlar şəhər və rayon icra hakimiyyətlərinin və sakinlərin təşəbbüsü ilə toplanıb.