Gəncədə toxum satışı məntəqəsində qayda pozuntuları aşkarlanıb. Bu haqda 14 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.
Nəzarət tədbirləri çərçivəsində AQTA müfəttişləri tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən toxum satışı ilə məşğul olan mağazalarda monitorinqlər həyata keçirilib. Nəticədə götürülmüş nümunələrin laborator müayinəsi zamanı 6 mağazada pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus), pomidor yarpaqlarının sarı qıvrılma virusu (Tomato yellow leaf curl virus) və başqa karantin tətbiq edilən bitki virusları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, yüksək risk qrupuna daxil olan sirayətlənmiş toxumlar məhv edilib.