Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda 26 iyul tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. E. Seyidov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.