Şəmkirdə bədbəxt hadisə baş verib. Apa xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
31 yaşlı Surxay Cəfərov kənd ərazisində yük avtomobilinin hərəkət etməsinə maneə törədən dəmir borunu qaldırmaq istəyib. Nəticədə ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. O, hadisə yerində həyatını itirib.
Fəktla bağlı araşdırma aparılır.