Mingəçevirdə bıçaqlanan 26 yaşlı gənc ölüb - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.
Apa.аz xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən B.Həsənli dekabrın 2-də 02:00 radələrində dünyasını dəyişib.
01:16
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Unikal.az məlumat verir ki, hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində baş verib. 1998-ci il təvəllüdlü Həsənli Bəxtiyar Füzuli oğlu qarın nayihəsindəm bıçaq xəsarəti alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.