Gəncədə 20 Yanvar gününə hazırlıq tədbirləri görülür. Bu haqda Gencexeber.az-a 17 yanvar tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Şah İsmayıl Xətai prospekti ilə Fikrət Əmirov küçəsinin kəsişməsində yerləşən 20 Yanvar şəhidlərinin abidəsi önündə aparılır. Burada abidənin üstündən qopmuş parçalar bərpa olunub.
Bundan başqa, ətraf ərazilər tullantılardan təmizlənib. Abidənin önünə güllər qoyulub.