Kür çayının Qaranüy kəndi ərazisindən keçən hissəsində bir nəfərin meyiti tapılıb.
APA-nın məlumatına görə, əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Kürdə batan şəxsin rayonun Çaparlı kənd sakini 17 yaşlı Yaqub Elbrus oğlu Ələkbərov olduğu bildirilir.