top
Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər
03 sentyabr 2026, 16:49
- +

Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.

Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?

Bununla bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:

"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".

Deputat bildirib ki, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulub.

Mənbə: sonxeber.аz

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 17:33

Gəncədə iki ünvanda zibil problemi: sakinlər narazıdır

Bütün xəbərlər
Dünən, 17:07

"Kəpəz" - "Şamaxı" oyununa 10 mindən çox bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:56

Gəncəyə payız gəlir

Bütün xəbərlər
Dünən, 13:36

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:03

Uşaqları zərərli texnologiyalardan uzaq tutun - Gəncəli qocaman pediatr

Bütün xəbərlər
Dünən, 12:29

Moruq Festivalında iki gün konsert olacaq

Bütün xəbərlər
Dünən, 11:35

Məktəbdə ödənişsiz tibbi aksiya keçirilir

Bütün xəbərlər
Dünən, 11:02

Yeni binanın mənzilləri püşkatma ilə bölüşdürüldü

Bütün xəbərlər
Dünən, 10:19

Sahibsiz itlər Xan bağında sakinləri qorxu içində saxlayır

Bütün xəbərlər
Dünən, 09:51

Gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
03 sentyabr 2026, 18:00

Gəncədə 3 yaşlı uşağın əli ətçəkən maşında qalıb - TƏFƏRRÜAT

Bütün xəbərlər
03 sentyabr 2026, 17:34

Məktəbdə sanitar qovşağı dağıtdığı deyilən direktordan CAVAB

Bütün xəbərlər
03 sentyabr 2026, 16:04

Moruq festivalına avtobuslar təşkil olunub

Bütün xəbərlər
03 sentyabr 2026, 15:33

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Bütün xəbərlər
03 sentyabr 2026, 14:10

Gəncənin bu ərazisində burnunu tutmadan keçmək olmur

Bütün xəbərlər
03 sentyabr 2026, 14:03

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Bütün xəbərlər
03 sentyabr 2026, 13:29

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
03 sentyabr 2026, 12:55

17 yaşında söyüşə görə qatil oldu

Bütün xəbərlər
03 sentyabr 2026, 11:39

Direktor vəzifəsini itirdi, məktəbin tualetini dağıtdı - İDDİA

Bütün xəbərlər
03 sentyabr 2026, 11:32

Gəncədə zibilliyə çevrilən yaşayış massivində təmizlik işləri görülüb

Bütün xəbərlər
03 sentyabr 2026, 09:43

Gəncədə 100-dən çox müəssisənin iştirakı ilə SƏRGİ keçiriləcək

Bütün xəbərlər
02 sentyabr 2026, 16:48

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Oxşar xəbərlər