Gəncədə 2 yanvar tarixində şəhər sakini saxlanılıb. Bu haqda Report-a istinadən məlumat veririk.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində "LADA" markalı avtomobilin sürücüsü Vaqif Məmmədov manevr qaydalarını pozduğu üçün saxlanılıb. O, tibbi müayinədən keçirilib. Nəticədə Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Faktla bağlı cinayət işi açılıb.