24.1 C
Gence
24.1 C
Gence

Gəncədə minik maşınları toqquşub: qəzaya səbəb xəndək olub

Gəncənin Nizami prospektində minik maşınları toqquşub. Bu haqda dekabrın 28-i Gencexeber.az-a məlumat daxil olub.

Hadisə 41 saylı tam orta məktəbin yanında saat 21:15 radələrində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili “VAZ-2107” markalı maşına çırpılıb. Nəticədə xəsarət alan olmayıb.

Qəzanın baş vermə səbəbi kimi ərazidə aparılmış qazıntı işləri göstərilir. “Mercedes”-in sürücüsü nəqliyyat vasitəsini xəndəkdən qaçırmaq məqsədilə yolun əks istiqamətinə çıxıb. Bu zaman hərəkətdə olan “VAZ-2107″yə çırpılıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.

Ən Çox Oxunan