25.8 C
Gence
25.8 C
Gence

Norveç Krallığının nümayəndəsi Gəncəyə səfər edib

Norveç Krallığının nümayəndəsi Gəncədə səfərdədir. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat paylaşılıb.

Qurumun rəisi Vasif Cənnətov dahi şair Nizami Gəncəvi irsinin tədqiqatçısı xanım Ragnhild Thorinlə görüşüb. Norveçli alim dahi şairin yaradıcılığından bəhs edib və filosofun nəinki Azərbaycan ədəbiyyatının, eləcə də dünya mədəniyyətinin qiymətli incisi olduğunu bildirib.

Daha sonra onlar xatirə şəkilləri çəkdiriblər, Nizami Gəncəvi Məqbərəsi və muzeyini ziyarət ediblər.

Gəncə Regional Mədəniyyət idarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət idarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan