top
Mingəçevirdə hamilə arvadının BAŞINI KƏSMƏK istəyən KİŞİYƏ AĞIR CƏZA
27 noyabr 2024, 14:23
- +

Mingəçevirdə hamilə arvadının BAŞINI KƏSMƏK istəyən KİŞİYƏ AĞIR CƏZA

 

“Whatsapp”da Tamara ilə Eminin şəkilini gördüm. Bıçaqlayanda da həmin şəkil gözümün önündən getmirdi”.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında hamilə arvadını qısqanclıq üstündə bıçaqlamaqda təqsirləndirilən Nicat Qasımov (ad şərtidir) deyib.

Belə ki, Mingəçevirdə doğulan, 1988-ci il təvəllüdlü Nicat Qasımov qeyri-rəsmi olaraq Tamara Həsənova (ad şərtidir) ilə ər-arvad münasibətində yaşayıb. Hadisə zamanı Tamara hamilə imiş. Nicat Tamaranın başqa bir kişi ilə sevgi münasibətləri olmasını eşidib. Buna görə ondan qisas almaq məqsədi ilə hamilə arvadına qəddarlıq və rəhmsizlik nümayiş etdirərək, çoxsaylı bıçaq zərbələri endirib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.8 və 221.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Nicat Qasımova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində deyib:

“2019-cu ildə Tamara ilə el adəti ilə evləndik. Amma rəsmi nikahımız olmadı. Birlikdə Tamaranın evində qalırdıq. Bizim 2020-ci ildə Mədinə Məmmədli, 2021-ci ildə isə Feyruz Məmmədli adlı uşaqlarımız dünyaya gəldi. Tamara üçüncü övladımıza hamilə idi. İşləmək üçün Bakıya gedirdim. Kəndə qayıdanda Tamara məndən davamlı olaraq Bakıya getməyimi istəyirdi.

Bir gün Tamaranın başqa bir şəxslə xalası Vüsalənin mobil telefonu vasitəsi ilə danışdığını öyrəndim. Həmin şəxsin mobil nömrəsini soruşduqda, son rəqəmlərinin 50-62 olduğunu dedi. O zaman Tamaranın mobil telefonu və mobil nömrəsi yox idi. Tamaranın xalasının telefonundan gizlin Eminin əlaqə nömrəsini götürdüm. Həmin nömrəyə zəng edib görüşə çağırdım. Görüşdə adının Emin olduğunu, dövlət sərhəd xidmətində hərbiçi kimi xidmət etdiyini öyrəndim. Söhbət əsnasında Eminin Tamara ilə yox, xalası qızı Ülviyyə ilə danışdığını öyrəndim. Bununla da arada olan söhbət başa çatdı”.

Onun sözlərinə görə, bir neçə gün sonra qayınanasının telefonuna zəng gəldiyini görüb:

“Həmin zəngə cavab verdikdə, zəng edən şəxsin Emin olduğunu öyrəndim. Emindən nəyə görə zəng elədiyini soruşduqda, Tamara ilə aramızda problem olub-olmadığını öyrənmək üçün zəng elədiyini dedi. Eminlə dalaşıb telefonu söndürdüm. Tamaradan nə üçün danışdığını soruşdum, mənə açıqlama vermədi.

Yenidən Bakıya işləmək üçün getdim. Qayıdanda Tamara məni evə buraxmadı. Uşaqlarımı görmək üçün isə xalasının evinə getməyimi dedi. Xalasıgilə gedəndə qapıda hərbçi ayaqqabıları gördüm. Xalası qızına zəng edib, Eminin onun üçünmü gəldiyini soruşdum. O, Tamara üçün gəldiyini dedi.

Öyrəndim ki, Tamara özünə telefon alıb, məni də zənglərdə qara siyahıya salıb. Nömrəni yaddaşa yazanda, “Whatsapp” açdığını, profilə də Eminlə şəkilini qoyduğunu gördüm. Əsəbiləşib Tamaranın yanına gəldim. Yerdə uzanan Tamaranın saçından tutub bıçaqlamağa başladım. Şəkil gözümün önündən getmirdi”.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Tamara Həsənova ifadəsində göstərib:

“2022-ci ildə Nicatla davamlı olaraq mübahisələrimiz olurdu. Heç yerdə işləmirdi. Özümə yeni telefon aldım, Nicata demədim. Bir gün aldığım nömrəyə Nicat mesaj yazaraq, çölə çıxmağımı və şəkil çəkib ona atmağımı istədi. Məni bıçaqlayacağını düşündüyüm üçün çıxmadım. Sonra Nicat xalam qızının telefonuna zəng edərək, məni gəlib öldürəcəyini dedi. Telefon danışığından təxminən 3-5 dəqiqə sonra Nicat içəri girdi. Birinci bıçaq zərbəsini hiss etmədim, üçüncü zərbədə artıq qan gəldiyini hiss etdim və huşumu itirdim. Nicat mənim başımı kəsmək istəyirmiş, xalamgil qoymayıb.

Eminlə isə dost münasibətimiz var idi. Dəfələrlə uşaqların müalicəsi üçün köməklik edib. Emini 2022-ci ilin sentyabr ayında tanıdım. Həmin vaxt 6 aylıq hamilə idim və Eminlə hər hansı bir qaydada sevgili kimi münasibətim, əlaqəm olmayıb. Eminlə birlikdə çəkdirdiyim fotoşəkili yeni aldığım mobil nömrə ilə qeydiyyatdan keçdiyim “Whatsapp”da profil şəkili etmişdim”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Nicat Qasımov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Nicat Qasımov 12 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

AFFA Ehtiram Quliyevi cəzalandırdı

Bütün xəbərlər
Bu gün, 17:54

Gəncədə qadın sürücü həmcinsini vurdu

Bütün xəbərlər
Bu gün, 17:38

Gəncə şəhər stadionunda ot örtüyü salınır? – İDDİA

Bütün xəbərlər
Bu gün, 17:23

Goranboylu idmançının xarab olmuş medallı yenilənib

Bizim fəxrimiz
Bu gün, 17:01

17 yaşlı cüdoçumuz uğur qazandı

Bütün xəbərlər
Bu gün, 16:12

Övladlarından imtina edən ata alkoqol aludəçisidir - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 15:55

Ərzaq bazarında nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:56

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:23

Gəncədə hava limanı yolu TƏMİZLƏNİB

Bütün xəbərlər
Bu gün, 13:51

Gəncədə işsizlərin ümidi puç oldu: Yarmarkada CƏMİ BİR vakansiya – İDDİA

Bütün xəbərlər
Bu gün, 13:17

Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib

Bütün xəbərlər
Bu gün, 12:26

Azərbaycanda son sutkada 5 zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncə Regional Kollecinə TƏYİNAT

Bütün xəbərlər
Bu gün, 11:24

Musiqi üstündə qonşusunu DÖYDÜ

Bütün xəbərlər
Bu gün, 11:02

Gəncədə ötən il 793 ailə dağılıb

Bütün xəbərlər
Bu gün, 10:02

Gəncədə pulsuz sərgi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:44

Ceyhun Bayramova ağır itki

Bütün xəbərlər
Bu gün, 09:07

Gəncədə ağır qəza: 73 yaşlı sürücü həyatını itirdi

Bütün xəbərlər
Dünən, 18:00

Çaykənd Qızılbalıqartırma Zavodu yenidən qurulacaq

Bütün xəbərlər
Dünən, 17:00

Gəncənin 39 saylı məktəbində azyaşlılar ailəlikcə təhqir edilir – İDDİA

Bütün xəbərlər
Dünən, 16:34

Gəncənin yanğınsöndürənləri Xankəndidə işə başlayır

Bütün xəbərlər
Dünən, 16:09

Minskdə Gəncə Avtomobil Zavodu ilə MAZ arasında saziş imzalandı

Bütün xəbərlər
Dünən, 15:35

Tələbəni bıçaqlayan şəxsə şərti cəza verildi

Bütün xəbərlər
Dünən, 14:59

DYP hava ilə əlaqədar müraciət edib

Oxşar xəbərlər