25.8 C
Gence
25.8 C
Gence

Gəncənin “Kəpəz” klubu göstərdiyi nəticələri davam etdirmək fikrindədir

Gəncəni təmsil edən “Kəpəz” futbol klubu Azərbaycan Birinci Divizionu çərçivəsində 2021-2022-ci illər mövsümünün birinci yarısında məğlub olmayıb.

Komanda, oynadığı 12 oyunda 22 xal toplayıb. Hal-hazırda “Kəpəz” turnirdə üçüncü yerdə qərarlaşıb. Gəncəlilərin növbəti görüşü fevralın 15-i “Qəbələ-2″yə qarşı baş tutacaq. Onların cari mövsümün birinci turunda keçirilən oyununda 0-0 hesablı heç-heçə qeydə alınmışdır.

“Kəpəz”in göstərdiyi nəticələr yeni mövsümdə komandanın Premyer Liqanın onluğunda yer alması ilə nəticələnə bilər. Bunu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı söyləmişdir.

Gencexeber.az “Kəpəz” futbol klubuna səmimi qəlbdən uğurlar diləyir.

Ən Çox Oxunan