24.8 C
Gence
24.8 C
Gence

Gəncəli müəllim “Əməkdar müəllim” adına layiq görülüb

Təhsil Naziri bir sıra Gəncəli müəllimi mükafatlandırıb. Bu haqda 7 dekabr tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

Bakı şəhərində keçirilən mərasimdə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elza Məsimova “Əməkdar müəllim” adına, 28 nömrəli məktəbin kimya müəllimi Fərman Sadıqov və 38 nömrəli məktəbin tarix müəllimi Təranə İbrahimova isə “Tərəqqi” medalına layiq görülüblər.

Ümumilikdə respublika üzrə 71 nəfər “Əməkdar müəllim” adını alıb, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 80 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunublar.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan