24.1 C
Gence
24.1 C
Gence

Gəncədə Mədəniyyət naziri regional qurumun rəhbərini təltif edib

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi təltif olunub. Bu haqda 23 dekabr tarixində Facebook sosial şəbəkəsində məlumat paylaşılıb.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovu təltif edib. Ona “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı verilib.

Qeyd edək ki, Cənnətov Mədəniyyət Nazirliyinin təyinatı ilə 26 yanvar 2021-ci ildən Gəncə Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində çalışır.

Ən Çox Oxunan