27.5 C
Gence
27.5 C
Gence

Gəncədə 17 yaşlı gənc tələbə yoldaşı tərəfindən bıçaqlanıb

Gəncədə baş verən mübahisə zamanı lisey tələbəsi bıçaqlanıb. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində Apa.az-a istinadən məlumat verir.

Hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb. 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı bud nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Daha öncə, dava zamanı bıçaqlanan Gəncə sakini haqda xəbər vermişdik.

Ən Çox Oxunan