top
Musiqi təhsili olmayan gəncəli bəstəkar: Ələkbər Tağıyev
04 noyabr 2021, 17:00
- +

Musiqi təhsili olmayan gəncəli bəstəkar: Ələkbər Tağıyev

Ələkbər Tağıyev 28 aprel 1924-cü ildə Gəncədə anadan olub.

Ələkbər Tağıyev musiqi təhsili olmadan "Sən gəlməz oldun", "Axtarma məni", "Dinə bilmədim", "Xızı dağları", "Bakı gecələri", "Azərbaycanım mənim", "Sənə qurban", "Sədaqətim var", "Təki sən səslə məni", "Mənim dünyam" kimi mahnılar bəstələyib. Onun mahnılarının bir çoxunu Zeynəb Xanlarova və Nisə Qasımova ifa ediblər. Bəstəkarın "Sən gəlməz oldun", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları türk, rus və erməni müğənnilərinin repertuarına daxil olub, müxtəlif filmlərdə istifadə olunub.

O, ilk təhsilini Gəncədə alıb. Ələkbər Tağıyev məktəbdə oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. 1938-ci ildən Şəhər Xalq Məhkəməsində işləməyə başlayıb. Daha sonra o, Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib və 1974-cü ilə qədər 36 ilə yaxın prokurorluq orqanlarında çalışıb.

Ələkbər Tağıyev erkən yaşında evlənib. Onun bu evlilikdən ilk övladı astma xəstəliyindən vəfat edib. Ələkbərin sonra iki qızı anadan olub. Bu qızlardan sonra Tağıyevin bir qızı da anadan olub, lakin o da dünyasını dəyişib.

Uşaqlarının ölümünündən sonra məyus olmuş Ələkbərə, yaxınları falına və onun oğlunun olub-olmayacığına baxdırmağı təklif edirlər. Ələkbər Tağıyev təklifi qəbul edir və ona deyirlər ki: "Sənin Allahdan oğul payın var, narahat olma, oğlun olacaq. Amma adını Xaliq qoymalısan. Özü də uşaq anadan olandan sonra Allahdan sənə vergi veriləcək, sən çox məşhur, varlı adam olacaqsan". 1958-ci ildə Tağıyevin oğlu dünyaya gəlir və onun adını Xaliq qoyur.

Oğlu doğulandan sonra, Ələkbər Tağıyev Göy-gölü seyr edən zaman musiqi zümzümə etməyə başlayır. Musiqini nota köçürüb dostu Qəmbər Hüseynliyə göstərir və uşağın qırx günü tamam olmamış Ələkbər Tağıyev ilk mahnısı "Qonşu qız"ı bəstələyir.

Ələkbər Tağıyev 1962-1964-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursunda təhsil alıb. Bundan sonra o, SSRİ Musiqi Fondunun üzvü seçilib.

Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə vəfat edib və Maştağada "Seyidlər" qəbiristanlığında dəfn edilib.

 

Mənbələr:


  1. https://news.milli.az/culture/66658.html

  2. https://www.youtube.com/watch?v=tp8AVZ_JSnw

  3. https://kulis.az/news/30028

  4. https://web.archive.org/web/20160305011411/http://lent.az/news/news/74094

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər