top
Mirzə Abbas Abbaszadə: əlifba tədrisində tayı-bərabəri olmayan müəllim
05 oktyabr 2021, 17:17
- ↺ +

Mirzə Abbas Abbaszadə: əlifba tədrisində tayı-bərabəri olmayan müəllim

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Abbas Abbaszadə 12 mart 1870-ci ildə Gəncədə, Ozan məhəlləsində, ruhani ailəsində anadan olub.

Mirzə Abbas Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayında Gəncədən nümayəndə seçilmişdir. O, ərəb qrafikalı Azərbaycan əlifbasını sadələşdirməyi təklif etmişdi və əlifba dərsliyi yaratmışdı. Kitabın ön vərəqində "Yelizavetpol" əvəzinə "Gəncə" yazılmasına nail olmuşdu. Bu dərslik Gəncə quberniyasının və digər ölkələrin məktəblərində istifadə edilirdi. Şair Əhməd Cavad bu kitabı "türk dünyasının birinci əlifbası", Mirzə Abbası isə "əlifba tədrisində tayı-bərabəri olmayan" müəllim adlandırmışdı.

Abbaszadə ilk təhsilini atasından alıb. Sonra Gəncə mədrəsəsinə daxil olub və pedaqoq Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs alıb. Sonra isə özü müəllimliyə başlayıb, bir il atasının açdığı məktəbdə çalışıb.

Mirzə Abbas 1893-cü ildə İran, İraq, Özbəkistan və Türkiyəni gəzib, Xorasanda və Səmərqənddə din xadimlərindən dərs alıb.

1894-cü ildə Mirzə Abbas Gəncəyə qayıdır və şəhər məktəbində işləmək üçün Tiflisə gedib, gimnaziyada imtahandan keçib. O, Tiflisdə pedaqoq Aleksey Çernyayevski ilə görüşüb. Çernyayevski Abbaszadəyə "Fikir" qəzetinin Gəncə müxbiri olmasını tapşırılıb. Gəncədə Mirzə Abbas ana dili və şəriətdən dərs deyib. O, burada bazar günü və axşam fəaliyyət göstərən kurslarda 14-45 yaş arası sakinlərə pulsuz dərs keçib.

1898-ci ildə Gəncənin Bağmanlar yaşayış sahəsində ilk rus-tatar məktəbində Mirzə Abbas dərs deyib. O, "Birinci il. Əlifba" dərsliyini hazırlayaq 1900-cü ildə Gəncədə çap etdirib.

Abbaszadə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkilində və Bakıda fəaliyyət göstərən "Nicat" və "Nəşri-maarif" cəmiyyətlərinin Gəncə şöbələrinin açılmasında iştirak edib.

Mirzə Abbasın "Əlifba", "Şəriət dərsi" və "Arvad ağısı" folklor toplusu kitabları nəşr edilib. "Arvad ağısı" toplusu 2004-cü ildə "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasından təkrar çap olunub.

1920-ci ildə Mirzə Abbas Abbaszadə bolşeviklər tərəfindən Gəncədə, evində güllələnib. Mirzə Abbas Zərrabi məscidinin həyətində dəfn olunub, lakin 1936-cı ildə onun məzarı Səbiskar qəbiristalığına köçürülüb.

 

Mənbələr:


  1. Kaspi. -2016. 24-26.dekabr. S.24.

  2. https://medeniyyet.az/page/news/20136/Milli-maarifciliyin-fedakarlari:-Mirze-Abbas-Abbaszade.html

  3. https://www.youtube.com/watch?v=NFs8xxzrZn4

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:36

Gəncənin zülmətə bürünən küçələri bitib-tükənmir - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyun, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Oxşar xəbərlər