top
İmam oğlunun Cənnət bağı: Gəncənin İmamzadadə türbəsi
09 oktyabr 2021, 17:45
- +

İmam oğlunun "Cənnət bağı": Gəncənin İmamzadadə türbəsi

İmamzadə türbəsi, İmamzadə ziyarətgah kompleksində, Gəncə şəhərindən təqribən 7 km aralıqda, Qədim Gəncə xarabalıqlarında, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Türbənin ətrafında məscid, karvansaray tipli evlər, köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır.

Bəzi mənbələr memarlıq quruluşuna görə, türbəni XIV-XV əsrlərə aid edirlər. Lakin, türbənin iç divarına hörülmüş ərəb dilində kitabədə abidənin 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin vəfatından sonra onun məzarı üzərində ucaldığı qeyd olunub.

Kitabədə yazılıb: "O, Allah əbədidir. Bu, İmam Məhəmməd Bağırın - ona salam olsun - oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun...". Beləliklə də, İmamzadə adının mənası "İmam oğlunun türbəsi" dir.

İmamzadə kərpic örtüklü günbəzə malikdir. Türbəyə "Göy-İmam", "Göy məscid" də deyilir. Bu günbəzin mavi, göy, yaşıl rəngli kaşılarla (kaşı lövhələr) düzəldilməsi ilə bağlıdır. Həmçinin bəzi mənbələrdə bura "Yaşıl məscid" kimi də qeyd olunub.

Gəncə xanı Cavad xan Ziyadoğlunun hakimiyyəti dövründə (1786-1804), saray memarı Kərbəlayi Sadıqin rəhbərliyi ilə türbədə əsaslı təmir işləri aparılmışdır.

1878-ci ildə kompleksinin bəzi hissələrini və türbəni rus ordusunun generalı İsrafil bəy Yadigarzadə bərpa etmişdir. Bu türbənin, iç divarına hörülmüş ərəb dilində kitabədə də yazılmışdır: "... bu yüksək məqamlı yerin bərpa olunmasına Tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı ildə əmr etmişdir".

Türbə binasında olan məscid qadın və kişi şöbələrindən ibərətdir. Türbənin səkkizguşəli forması var və qırmızı kərpicdən tikilib. Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2,7 m-dir.

2010-2016-cı illərdə kompleksdə, həmçinin türbədə son təmir və bərpa işləri aparılıb.

[caption id="attachment_3353" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3352" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

[caption id="attachment_3354" align="alignnone" width="300"]Foto Gencexeber.az Foto Gencexeber.az[/caption]

 

Mənbələr:


  1. А. Бретаницкий, А. Саламзаде. Архитектура городов СССР. Москва-1960

  2. И.М. Джафарзаде Историко-Археологический очерк старой Гянджи. Баку- 1949

  3. http://www.dqdk.gov.az/az/view/objects/67

  4. И. П. Щеблыкин. Памятники азербайджанского зодчества эпохи Низами. Баку-1943

  5. Gəncə İmamzadə türbəsi. Bakı-2012

  6. Nemət  Məşədixanım. Azərbaycanda pirlər. Bakı-2010

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Oxşar xəbərlər