top
Gəncə mədrəsəsi: şəhərin qədim dini təhsil ocağı
04 yanvar 2026, 11:00
- +

Gəncə mədrəsəsi: şəhərin qədim dini təhsil ocağı

Gəncə mədrəsəsi Gəncəçayın sol sahilində, Gəncənin mərkəzində yerləşən Şah Abbas məscidinin şərq və qismən cənub hissəsindəki hasarı boyunca yerləşib. Mədrəsənin yalnız bir hissəsi günümüzə kimi gəlib çıxıb.

Gencexeber.az məlumat verir ki, mədrəsə binası bir mərtəbədən ibarət və uzunsov formaya malik olub. Dini təhsil ocağının qabaq divarı sadə çatma tağların əvəzlənməsi üsulu ilə qurulub. Mədrəsə binasının əsas giriş qapısı tağvari formada olub. Bu qapı Şah Abbas məscidinin şərq qapısı ilə, demək olar ki, üz-üzə açılıb. Mədrəsənin sinifləri kiçik otaqlardan ibarət idi.

1830-cu ildə burada 100-ə qədər tələbə təhsil alıb. Təhsil haqqı oxuma vaxtından asılı idi və bir abbasıdan üç abbasıya (Səfəvilər dövlətində rəsmi pul vahidi) kimi dəyişib. O vaxt Gəncədə bir abbası gümüş pulla 14 qəpik, mis pulla isə 49 qəpik idi.

Həmçinin məscidin həyətində kiçik birmərtəbəli binalar mövcud olub. Burada ruhanilər, dərvişlər, seyidlər və mədrəsədə oxuyan tələbələr yaşayıblar. 1804-cü ildə belə binaların sayı 47-yə çatırdı.

Gəncə mədrəsəsində təbiətşünaslıq, riyaziyyat, astronomiya, memarlıq, fəlsəfə, məntiq və islam elmini öyrənirdilər.

XVIII əsr şairi və maarifçisi Mirzə Şəfi Vazeh mədrəsədə xəttatlıq və Azərbaycan dilindən dərs deyib. Ehtimal edilir ki, onun tələbələrindən biri olan maarifçi, milli dramaturgiya və ədəbiyyatşünaslığın banilərindən Mirzə Fətəli Axundzadə də Gəncə mədrəsəsində təhsil alıb.

Sonralar mədrəsə binasında rus-müsəlman məktəbi fəaliyyət göstərib.

Mədrəsə və məscid nəzdində vaxtı ilə kitabxana mövcud olub. Sovet dövründə burada olan kitabları məscidin həyətində tonqal qalayıb yandırıblar. Həmçinin bu dövrdə mədrəsə binası da dağıdılıb.

Hazırda mədrəsə binası bərpa olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Oxşar xəbərlər